Ana içeriğe atla

Kayıtlar

Kasım, 2019 tarihine ait yayınlar gösteriliyor

Motivasiya və uğur qazanmaq üçün taktikalar

Hər bir iş, uğurlu alınması üçün bizdən yüksək enerji tələb edir. İşgüzar adam nə qədər motivasiyalı olarsa, bir o qədər də uğur qazana bilər. Məsələn, təsəvvür edin ki, çox tənbəl və daim mənfi enerji daşıyan bir müdiriniz var. Siz belə müdirin yaratdığı mühitdə nə qədər yüksək rüh yüksəkliyi ilə işləyə bilərsiniz? Bəllidir ki, bu, mümkün olan bir şey deyil. Ancaq daim böyük ruh yüksəkliyi ilə çalışan, qarşısındakı insanlara müsbət enerji verən insanlarla işləmək, uğur qazanmaq üçün çox yaxşı vasitədir.
Motivasiya, xoşbəxt və uğurlu olmaq üçün vacib əhəmiyyət daşıyır. Aşağıda təqdim edilən ipucları, özünüzü motivə etməyiniz və bunu qorumağınız üçün çox faydalı olacaq. Bunlar, praktik və nəticəyə yaxın tövsiyyələrdir. Tətbiq edilməyənə kimi, heç bir irəliləyiş gözlənilmir.

1. Gələcəyinizi yazın
Təmiz bir kağızda bir-iki paraqraf şəklində arzuladığınız gələcəyin hekayəsini yazın. Gələcəkdə görəcəyiniz işi, yaşadığınız yeri və sahib olduqlarınızı yazın. Bu, sizi həm indi, həm də gələcəkdə …

Gənc biznesmenlərin ən çox etdiyi səhvlər

Şəxsi biznesini qurmaq istəyənlər üçün bu sahədə təcrübəsi olanlar müxtəlif məsləhətlər verə, nəyi necə etmək lazım olduğunu izah edə bilərlər, amma bu baxımdan edilməməsi gərəkənlər də yetərincədir. Beləliklə, bu yazıda gənc biznesmenlərin ən çox etdiyi səhvlərdən bəhs edəcəyik.




















1. Birinci olaraq MMC qeydiyyatının alınması.
2. İcraçı direktor vəzifəsinə başqa adamın təyin olunması.
3. Şəhərin mərkəzində ofisin tutulması.
4. İlk qazanılan pullar bahalı əşyaların, avtomobilin v.s. alınmasına sərf olunması.
5.Bütün ştatın işçilərlə doldurulması.
6. Gələcək gəlirin hesabına kredit və borcların alınması.
7. Rəqiblərə yuxarıdan aşağıya baxılması.
8. İllərlə bazarda işləyənlərlə rəqabətə girişilməsi.
9. İşə ancaq pula görə başlanılması.
10. Birinin köməyinə ümid edilməsi.
11. Biznes kitablara görə idarə olunması.
12. Biznesi olmamış insanların məsləhətlərinə qulaq verilməsi.
13. Şəxsi katibəsinin işə alınması.
14. Bahalı saytın sifariş olunması.
15. Ənənəvi reklamlara külli miqdarda pulun qoyulması.

Müsahibədən keçmək üçün nə etmək lazımdır?

Aleksin CV-si çox gözəl idi. O universitetdə əlaçı olub, bir neçə texniki layihədə iştirak edərək mükafat alıb və ilk iki iş yerində konkret nəticələr əldə edib. Bütün bunlara baxmayaraq, Aleks ilk müsahibəsində işəgötürənlərdən “rədd” cavabını aldı. Xoşbəxtlikdən, Aleks bu qərarı dəstləkləməyən iş yoldaşından “rədd” cavabının səbəbini öyrəndi. Məlum oldu ki, müsahibəni aparan insanlar Aleksin bu vəzifədə maraqlı olmadığını gördülər. O, emosiyasız idi, layihələr çərçivəsində gördüyü işlər haqqında heç bir məlumat vermədi və ümumiyyətlə özünü çox sakit aparmışdır.

Aleks Hong-Kongda böyüyüb. O bilir ki, insanın yerinə onun nəticələri danışmalıdır. Lakin Aleksin potensial işəgötürəni Amerika şirkəti idi, amerikanların əksəriyyəti isə elə düşünür ki, güclü və maraqlı namizədlər öz nailiyyətləri haqqında danışmağı çox xoşlayırlar. Aleks bu haqda düşündü və maraqlı olduğunu göstərmək üçün nə etməli olduğunu müəyyən etməyə çalışdı.

Əlbəttə ki, təkcə həvəsli olmağınız kifayət etmir. Namizədlər …

İş görüşməsində bu cümlələri qurmayın

Məşhur «Buzzfeed» portalı iş görüşməsi zamanı qətiyyən işlədilməyəcək cümlələrdən ibarət yazı hazırlayıb.



















1. Üzr istəyirəm, tıxac var idi
İş görüşməsi zamanı belə cümlə işlətmək, demək olar ki, «yox» cavabı almağa bərabərdir. Çünki sizi işə götürən şəxs ilk görüşə gecikdiyinizə görə hər gün gecikəcəyinizi düşünəcək.

2. Elə bildim ki, sizdə bunun başqa nüsxəsi var
Bəzi işə götürən şəxslər sizdən tərcümeyi-hal, ya da cv tələb edə bilər. Buna görə də özünüzlə 2 ədəd cv və ya tərcümeyi-hal aparmağınız məsləhətlidir.

3. Qələminiz var?
Görüşə getməzdən əvvəl çantanıza 2 ədəd qələm qoymağınız tövsiyə olunur.

4. Gözləyin, telefonumu söndürüm
İş görüşməsi zamanı işlədiləcək ən uğursuz cümlələrdən biri də, «gözləyin telefonumu söndürüm» ifadəsidir. İş adamlarının 1-2 dəqiqə ərzində qərarlar verdiyini nəzərə alsaq, sizin bu ifadəniz onun fikrindən daşınmasına səbəb ola bilər.

5. Əslində, o qədər də əmin deyiləm
Unutmayın ki, rəhbərlər özündən əmin olmayan biri ilə işləmək istəməz.

Müsahibədən öncə şirkət haqqında bunları öyrənin

İş müsahibəsinə hazırlaşmağın vacib hissəsi ‘ev tapşırığı’nı şirkət üzərində qurmaqdır. Müsahibinizlə görüşdən əvvəl yenicə öyrəndiyiniz informasiyalar özünüzü daha hazırlıqlı hiss etməyinizə kömək edəcək və müsahibə davam etdikcə sizi keyfiyyətli söhbət mövzuları ilə təmin edəcək.

İşə götürənlər təkcə sözü gedən iş yerinin məsuliyyətləri haqda deyil, həm də şirkət haqqında kifayət qədər məlumatlı olan namizədləri qeydə alırlar. Bu, işə götürənlərə göstərir ki, siz səriştəli namizədsiniz və iş üçün çarəsizlikdən deyil, bütün faktları nəzərdən keçirdikdən sonra müraciət etmək qərarına gəlmisiniz.


Beləliklə, şirkət haqda öyrəməli olduğunuz ən vacib 5 məqam bunlardır:

1. Şirkətin missiyası və əsas məlumatlar
Əgər vaxtınız məhduddursa və şirkət haqqında ətraflı məlumat əldə etmək imkanınız yoxdursa, ən azından şirkətin vebsaytından ən vacib qeydləri götürün. Dərhal veb-saytın “Haqqımızda” və ya ”Missiyamız” bölmələrinə daxil olun. Şirkətin nə işlə məşğul olduğunu öyrənin və şirkətin təklif et…