Android də Xhelper virusu

Android smartfonlara heç cür silinməyən Xhelper adlı virus yoluxur

Android də Xhelper virusu


    Bu üsul ilə o, cihaz daxilində yaddaşın çatışmazlığı halında deaktiv olunma riskini azaldır. Xhelper adlı virusun məqsədi çox sadədir: O, istifadəçiyə çoxlu sayda reklam elanı və spam göndərir. Həmin reklam elanları və spamlar isə istifadəçini Google Play-ə yənləndirərək müxtəlif tətbiqlərin yüklənməsini təklif edirlər. Hər bir yüklənmədən Xhelper tərtibatçıları faiz əldə edirlər. Mütəxəssislərin hesablamalarına əsasən bu virus artıq 45.000 smartfona yoluxub və hər ay bu göstəriciyə 2400 ədəd cihaz əlavə olunur.
    Maraqlısı ondadır ki, Xhelper-i smartfondan silmək qeyri mümkündür. Belə ki, o özünü ayrıca avtonom xidmət kimi quraşdırır. Hətta əməliyyat sisteminin ayarlarında silinmə və cihazın ilkin əməliyyat sistemi ayarlarına qaytarılması da kömək etmir. Hələ ki, bu virusun yayılma kanallarını aşkar etmək mümkün olmayıb. Lakin məlum olub ki, Xhelper yalnız müəyyən markalı smartfonlara yoluxur. Söhbətin hansı smartfon modellərindən getdiyi barəsində isə məlumat verilməyib. 

Hiç yorum yok:

Yorum Gönder

Adbox

@templatesyard