Heç vaxt eşitmədiyiniz maraqlı faktlar


Heç vaxt eşitmədiyiniz maraqlı faktlarDünya bildiyimizi sandığımız, əslində isə bilmədiyimiz sonsuz sayda gerçəkliklə doludur.

Sizə təəccüblənəcəyiniz bəzi məlumatları təqdim edirik:
- Dünyada hansı irqdən olmasına baxmayaraq bütün yeni doğulan körpələr 440 hz yüksəkliyində və "la" notu ilə ağlayır.
- Xiyarın tərkibinin 96 faizi sudur.
- Bal xarab olmayan yeganə qidadır.
- Dünyada 4300-ə yaxın fərqli din var.
- Ay işığının bizə çatması 1,3 saniyə çəkir.
- Buqələmunların dili bədənlərindən iki qat uzundur.
- Liftdə ayna qoyulmasının əsas səbəbi qapılar açılarkən kabinənin yerində olduğunu görməkdir.
- Fillərin rəngi əslində boz deyil, qızılı-torpaq rəngidir. Boz görünmələrinin səbəbi palçıqlı suların üzərilərində qurumasıdır.
- Qiymətli daşların çoxu bir neçə elementin birləşməsindən meydana gəlir, yalnız brilyant tamamilə karbondan əmələ gəlir.
- Albert Eynşteyn 9 yaşından sonra tam danışmağa başlayıb. Buna görə də ailəsi onun əqli cəhətdən qüsurlu olduğunu düşünüb.
- "Santa Klaus"un paltarı əslində yaşıl rəngdədir. Ancaq bir kola markası onu qırmızı-ağ olaraq dünyaya tanıdıb.
- Qütb ayıları isti və nəmli mühitdə qaldıqları zaman kürklərinin rəngi yaşıla çevrilir.
- Alma, soğan və kartofun dadı eynidir. Yalnızca qoxuları fərqlidir. Əslində hamısı şirindir.
- Göytürklər turşuyan qatığın turşuluğunu azaltmaq üçün üzərinə su töküblər. Beləliklə özləri də bilmədən ayranı kəşf ediblər.
- Dünyanın ən sürətli böyüyən bitkisi bambuk ağacıdır. Ağac gündə 90 santimetr uzanır.
- Dünyada ən çox satılan telefon "Nokia" markasının 2003-cü ildə satışa çıxardığı, 250 milyon ədəd satılan "Nokia 1100"dır.
- Soğan doğradığınız zaman gözünüzün yaşarmasını istəmirsinizsə, saqqız çeynəyin.
- İnsanın saçı üç kilo ağırlıq qaldıra biləcək gücdədir.
- Ölüm anında toxunma və görmə hissindən sonra eşitmə bacarığı itirilir. Ürək dayandıqdan sonra insan beyni 2 dəqiqə boyunca səslər qəbul edilə bilir.
- Yuxusuzluq şikayəti ilə həkimə müraciət edən insanların IQ səviyyəsinin normadan yüksək olduğu müşahidə edilir.
- İnsanlar yuxuladığı zaman qoxu ala bilmirlər.
- Niaqara şəlaləsindən düşüb sağ qala bilən ilk insan Bobbi Liç evdə portağal qabığına basaraq yıxılıb və daxili qanaxma səbəbilə dünyasını dəyişib.
- Dəniz atı dünyanın ən sədaqətli canlısıdır. Çünki həyat yoldaşı öldükdən qısa bir müddət sonra o da ölür.
- İnsan ildə ən az 1460 ədəd yuxu görür.
- "Karaoke" sözü Yapon dilində "quru orkestr" sözünün qısaldılmasıdır. "Kara" Yapon dilində boş deməkdir.
- Ördəyin səsi əks-səda vermir.
- Ən böyük quş yumurtası dəvəquşunundur. Yumurta 15 - 20 santimetr uzunluğunda və ortalama 1,7 kiloqram ağırlığındadır. Qaynadılaraq bişirilməsi isə 40 dəqiqə çəkir.
- Ən ağıllı canlılardan biri olan qarğalar, insanlar kimi yaşlı valideynlərini illər sonra gedib ziyarət edirlər.
- Ağcaqanadlar əllərini ovuşdurup başlarından keçirmə hərəkətini, uçarkən əllərinə yapışan molekulları təmizləmək məqsədi ilə edirlər.
- Bir kilo limonda bir kilo çiyələkdən daha çox şəkər var.

Hiç yorum yok:

Yorum Gönder

Adbox

@templatesyard