Ağıllı pul kisəsi oğrunun şəklini çəkəcək
“Volterman”in daxilində smartfonun ekransız içliyi yerləşdirilib. Qadcet 512 meqabayt əməli yaddaş, digər qurğuları da enerji ilə doldurmaq gücünə malik batareya, eləcə də real vaxt rejimində dünyanın hər hansı nöqtəsində onun yerini müəyyənləşdirməyə imkan verən GPS və Bluetooth modulları ilə təchiz edilib. Bundan başqa, “intellektual” portmanet İnternetə qoşulmanı “paylaya” bilər.
Qeyd edək ki, istehsalçılar bu layihə üçün bir gün ərzində 340 min dollar vəsait toplayıblar. Şirkət artıq dekabrda ilk sifarişləri göndərməyi planlaşdırır. Pul kisəsinin ən münasib qiymətə, kredit kartı ölçüsündə olan komplektinin dəyəri 98 dollar təşkil edir.
Kaydol:
Kayıt Yorumları (Atom)
Hiç yorum yok:
Yorum Gönder