Dünyanın ən kiçik ölkələri haqqında maraqlı faktlar

Vatikan
Vatikan dünyanın ən hərbləşdirilmiş ölkəsinə çevrilib.
2005-ci ilə olan məlumata əsasən, ölkənin 557 vətəndaşından 101-i həqiqi hərbi xidmətdə olan hərbçidir. Bu isə əhalinin 18%-ni təşkil edir.
Tonqa
Okeaniyada yerləşən Tonqa krallığında bir neçə əsr əvvəl kralın dəfn mərasimində bilavasitə iştirak edən şəxslərin əllərini kəsmək ənənəsi mövcud olub.
Vanuatu
Bu ölkədə iki qəribə poçt şöbəsi var. Biri vulkanda, digəri isə suyun altında yerləşir.
San-Marino
San-Marino planetin ən qədim respublikasıdır.
Malta
Malta əhalisinin sıxlığına görə planetdə ilk beşliyə daxildir. Bununla belə, o, Avropa İttifaqının ən az sayda əhaliyə malik ölkəsidir.
Bəhreyn
Bəhreyn ən kiçik ərəb dövlətidir.
Nauru
Nauru dünyada rəsmi paytaxta malik olmayan yeganə respublikadır.
Andorra
Ölkədə dəmiryollar, limanlar, hava limanları yoxdur.
Kiribati
Bu dövlət eyni zamanda şimal, cənub, şərq və qərb yarımkürələrində yerləşir.
Sinqapur
Sinqapurda cinayətkarlıq səviyyəsi dünyada ən aşağı yerlərdən birini tutur. Bununla belə, burada qanunlar olduqca sərtdir. Bəzi cinayətlərə görə çubuqla döyə və hətta həyatdan məhrum edə bilərlər.

Hiç yorum yok:

Yorum Gönder

Adbox

@templatesyard