Robot beyin dalğaları vasitəsilə idarə ediləcək (VİDEO)



















Massaçusets Texnologiya İnstitutunun süni intellekt laboratoriyasının mütəxəssisləri robota beyin dalğalarına tabe olmağı öyrətmək üçün elektromioqrafiya və elektroensefaloqrafiya texnologiyalarını tətbiq ediblər. Bu barədə institutun saytında deyilir.
 
Əvvəlki işlərdə sistem beynin elektrik siqnallarını yalnız insan müəyyən obyekt barədə düşünəndə tanıyıb. Məsələn, operator mexanizmin xüsusi funksiyalarına uyğun displeylərə nəzarət etməli olub. Eyni zamanda belə əlaqə sistemi ilkin kalibrləmə tələb edib. İnşaatçıları və mühəndisləri isə belə interfeysli qurğu qane etməyib. Buna görə tədqiqatçılar qurğunun idarəetməsini dəyişərək “səhvlərə aid potensiallar” (ErrPs) adlanan siqnallardan istifadə ediblər. Siqnallar insanların robotun hər dəfə səhv hərəkət etdiyini görməsi zaman görsənib. Tədqiqat müəllifi Cozef DelPretonun sözlərinə görə, müşahidə onların işini asanlaşdırıb, çünki insana əmr edilmiş şəkildə düşünməyi məşq etdirmək zərurəti aradan qaldırılıb.
 
Məlumata görə, səhvin düzəldilməsi üçün mühəndislər tərəfindən əzələ hərəkətlərinə əsaslanan idarəetmə əlavə edilib. İki - elektromioqrafiya və elektroensefaloqrafiya texnologiyasının birləşdirilməsi robotun idarəetməsini daha intuitiv edib.
 
Konsepsiya barədə danışan tədqiqat müəllifi bildirib ki, həm əzələ hərəkətlərini, həm də beyin dalğalarını qeydə almaqla insanın səhv haqqında ani fikir manipulyasiyalarına dözmək daha asan olur. “Bu, robotla ünsiyyəti sadələşdirməyə kömək edir”, - o qeyd edib.
 
Müəlliflərin sözlərinə görə, gələcəkdə sistem inşaatçılar, ahıllar və fiziki hərəkətləri məhdud insanlar üçün faydalı olacaq.


Hiç yorum yok:

Yorum Gönder

Adbox

@templatesyard