Yuxusunu almamış insan ictimai təhlükədir












Yuta ştatı universitetindən olan alimlər qeyd edir ki, yuxusunu lazımi qaydada ala bilməmiş insan cəmiyyət üçün təhlükəlidir.

Tədqiqatda iştirak etmiş 839 könüllülər iki qrupa bölünüb. Birinci qrupdan olan iştirakçılara sutkada 6 saat, ikincdən olanlara isə bundan daha az yuxu vaxtı verilib. Daha sonra onların hər birisi tomoqrafiya üsulu ilə araşdırılıb.
Hər iki qrupda da görünüşcə ayıq, lakin beyinləri yuxulu olan şəxslər olduğu aşkar edilib. Alimlər bu şəxslərin kifayət qədər adekvat göründüyünü, buna baxmayaraq beyinlərinin fəaliyyətində güclü tormozlanma müşahidə ediliyini deyirlər.

Yuxuya lazımi qədər vaxt ayıran insanlar istirahət zamanı əvvəlcə mürgüləmə fazasına keçir, daha sonra isə dərin yuxuya dalır. Müntəzəm olaraq yuxu ala bilməyən və yuxudan doymayanlar isə mürgüləmə mərhələsini ötürüb, birbaşa möhkəm yuxu halına keçid alır. Belə insanlarda reaksiya zəifləyir. Onlar, hətta ani olaraq konsentrasiyanı itirə və yuxuya dala bilərlər. Belə vəziyyət isə digər insanların həyatı üçün təhdiddir, xüsusilə də əgər onlar hər hansı bir nəqliyyat vasitəsinin sükanı arxasındadırlarsa.

Daha əvvəlki araşdırmalardan məlum olmuşdu ki, yuxuda olarkən insan və heyvanların beynində "təmizlik işi" aparılır. Sağlam və müntəzəm yuxu da gün ərzində öyrənilən bilikləri beyində daha yaxşı saxlamağa kömək edir. Təxminən bir il əvvəl aparılan tədqiqatın nəticələri isə səhər 10-dan erkən işə və dərsə başlayan insanlarda yorğunluq, diqqətsizlik və həvəssizlik olduğunu göstərmişdi ki, bu da həm karyera, həm də təhsil üçün əlverişsizdir.

Yuxuda olarkən beyin sinaps adlanan neyronlararası əlavə birləşmələrdən təmizlənərək, yeni təəssüratlar üçün yer azad edir. Bu fakt yuxusunu almamış insanın niyə diqqətini toparlaya və yeni informasiyanı mənimsəyə bilməməsini izah edir.

Hiç yorum yok:

Yorum Gönder

Adbox

@templatesyard