Google axtarış sistemini təkmilləşdirir





Google, axtarış sistemini təkmilləşdirir. Tətbiq edəcəyi yeni texnologiya ilə daha “ağıllı“ olub yazdığımız cümləni anlaya biləcək.
Bu gün internetdə minlərlə axtarış sistemi fəaliyyət göstərir. Ancaq internet istifadəçilərinin çoxu yeni məlumat axtararkən Google Axtarış Sistemindən istifadə edirlər. İnternet istifadəçilərindən hər 10 nəfərdən 6-sı axtarış sistemləri arasında lider sayılan Google – a müraciət etməyə üstünlük verir. Buna görə də Google, axtarış sistemini uzun müddətdir ki, təkmilləşdirməyə çalışır.



Google – ın yeni texnologiyası

Google şirkəti axtarış sistemininnormal sualları anlayacağını açıqladı. Şirkət, bunu reallaşdırmaq üçün sözləri əlaqələndirə bilən yeni maşın öyrənmə texnologiyası (  a new machine learning technology ) istifadə edəcək.
Google – ın tətbiq edəcəyi bu texnologiya bir ildir ki, sınaqdan keçirilir. Bu texnologiya cümlə içərisindəki bütün sözləriəlaqələndirəcək.
Google – ın yeni texnologiyası






Belə ki, Google hal – hazırda sadəcə tək sözləri başa düşür. Siz axtarış edərkən açar sözləri qeyd edirsiniz. Nəticədə Google bu sözlərdən ibarət nəticələri sizə təqdim edir. Yəni istədiyiniz nəticəni əldə etmək üçün mənalı cümlə qurmağınıza gərək yoxdur. Yalnız axtarışınız üçün ən vacib olan sözləri yazırsınız və bu sözlərlə bağlı məlumatları alırsınız.
Ancaq bu yeni texnologiya ilə Google Axtarış Sistemi yazdığınız cümləni tamamən anlamaq xüsusiyyətinə sahibdir. Belə ki, əvvəl və sonra gələn sözləri analiz edərək nə axtardığınızı anlayıb buna görə cavablar verir.

1 yorum:

  1. Bu da ikinci yazı. Yazdığım yazını öz adımı və saytım8 qeyd etmədən necə paylaşa bilirsiniz axı?

    YanıtlaSil

Adbox

@templatesyard