Robot kentavr yaradılıb (VİDEO)



















İtaliyanın Texnologiyalar İnstitutunun və Almaniyanın Bonn Universitetinin mühəndisləri kentavrı xatırladan və xilasetmə işlərinin aparılması zamanı müxtəlif vəzifələrin yerinə yetirilməsi üçün nəzərdə tutulan robot təqdim ediblər.
 
"Centauro" adlanan robot əvvəlki "Momaro" robotunun bazasında yaradılıb. Yeni robot kentavr 6 sərbəstlik dərəcəsinə malik 4 ayaqla təchiz edilib. Hər ayağın sonunda polimer qatı ilə örtülən alümin döndərici təkər quraşdırılıb. Bundan başqa, mühəndislərin sözlərinə görə, "Centauro" təkərlər üzərində hərəkət etməklə yanaşı, gəzə və maneələrə dırmaşa bilir.
 
Robotun "gövdə"sində müxtəlif tip manipulyatorları qoşmağa imkan verən adapterli iki əl yerləşir. Robot lidar optik ötürücüsü, "Microsoft Kinect" kamerası, eləcə də müxtəlif istiqamətlərə yönələn bir neçə adi kameralarla təchiz olunub. Qurğunun hündürlüyü 1,5 metr, çəkisi 93 kq təşkil edir. Quraşdırılmış akkumulyatorlar robotu 2,5 saata avtonom işlə təmin edir.  
 
Robotun idarə edilməsi üçün mühəndislər əl üçün ekzoskelet, robotun hərəkətinin idarə olunması üçün pedallar və robotun sensor məlumatlarını görməyə imkan verən virtual reallıq kaskasının daxil olduğu sistemdən istifadəni planlaşdırırlar.
 
Robotun yekun versiyasının yaradılması və onun səhra şəraitində sınaqları barədə məlumat verilmir.

Hiç yorum yok:

Yorum Gönder

Adbox

@templatesyard