
“Panasonic” şirkəti bu dəfə modul konstruksiyalı yeni nəsil noutbuk təqdim edib. “Toughbook 55” noutbukunun sahibləri köhnəlmiş və ya sıradan çıxmış komponentləri asanlıqla dəyişdirə, həmçinin kompüteri əlavə funksionallıqla (məsələn, barmaq izləri skaneri və ya diskret videokart) təchiz edə bilərlər.
“Toughbook 55” noutbukunda ikinci daşıyıcı, əməli yaddaş modulu və əlavə portlar quraşdırmaq mümkündür. Hətta sınmış klaviaturanı dəyişmək mümkündür.

“Toughbook 55” noutbuku maksimum konfiqurasiyada “Intel Core i5” prosessoru və ya 8-ci nəsil “i7 vPro” prosessoru, “AMD” diskret qrafikası, 64 QB əməli yaddaş və 2 TB-lıq daşıyıcı ilə təchiz edilib. “USB Type-C” və “HDMI 2.0” portları, “Bluetooth 5.0” modulu nəzərdə tutulub.


Hiç yorum yok:
Yorum Gönder