Dünyanın ən müasir 10 tankı

Müasir müharibələrin ən mühüm silahlarından biri də tank qarşısına çıxan hər maneəni əzib keçir. Tank vasitəsi ilə müharibədə üstünlüyü ələ almaq mümkündür. İkinci dünya müharibəsindən bu yana tanklar günümüzün ən təsirli döyüş vasitələridir. Uzun lüləli topları, deşilməz zirehi və qarşısına çıxanı hər şeyi əzib keçən tırtılları ilə tanklar müharibə tarixində böyük izlər qoyublar.

Dünyada ilk dəfə Leonardo Da Vinçi tərəfindən hazırlanan tank maketi əsrlər sonra birinci dünya müharibəsində həqiqətə çevrilmişdi. İkinci dünya müharibəsi əsnasında isə tanklar inkişaf etdi. Hal-hazırda tanklar döyüşün ən böyük strateji ünsürlərindən biridir. 
Günümüzün ən inkişaf etmiş 10 tankını siz oxuculara təqdim edirik:
 1) Type 90 Kyu Maru — «Mitsubishi» ağır sənayesi tərəfindən Yaponiyada hazırlanan bu tank «Type 90» adını daşıyır. Saata, 70 km sürət hərəkət edən tankın ağırlığı isə 50 tondur. 
 2) Challenger 2 — İngiltərə istehsalı olan «Challanger 2» tankları ilk dəfə 2003-cü ildəki İraq müharibəsində istifadə edilib. 8 milyon dollar qiyməti olan bu tank 62 ton ağırlığındadır.
 3) «T-84» oplot — Ukranya istehsalı tank «T-84» oplot tankaları güclü tırtıllara sahibdir. Tank 46 ton ağırlığında və saatda 65 km sürətlə hərəkət edir.
4) «K1A1» — Cənubi Koreyanın ana hücum tankı olan «K1A1» general Dinamiks və Hyundai Rotem hazırlayıblar. Saatda 40 km sürətlə hərəkət edən tankdan Cənubi Koreyada 300 ədəd var.
5) Leclerc — Fransa tərəfindən istehsal edilən tank Nextar şirkəti tərəfindən hazırlanıb. Titanyum və polad gövdəsi olan bu tank, saata 74 km sürətlə gedir. 8 silindrli bir mühərrikə sahib olan tankın iki geriyə çarxı var.
6) ZTZ-99 — Çin ordusunun beşinci nəsil tankı olan ZTZ-99, saata 80 km sürətlə hərəkət edir.
7) Merkava — İsrail istehsalı bu tanklar saatda 55 km sürətlə hərəkət edir.
8) Vladamir — Rusların fəxri olan bu tank gecə görmə cihazı ilə təchiz olunub. Saata, 60 km sürətlə hərəkət edən «Vladamir» xüsusi bir zireh örtüyünə sahibdir. Rusiyada bu tanklardan 1730 ədəd var.
9) M1 Abrams — M1 Abrams uzun müddətdir Amerikanın müharibələrdə istifadə etdiyi tankdır. Dünyanın ən güclü qaz mühərrikinə sahib olan bu tanklardan ABŞ-da 9000 ədəd var.
10) Leopard 2A6 Kampipanzer — Almaniya istehsalı bu tank lazer dəstəkli hədəfi tapmaq sistemlərinə və güclü toplara sahibdir. 72 km sürətlə hərəkətə edir. 62 tonluq ağırlığındakı bu tankın qalın zirehi var. Leopard dünyanın ən yaxşı tankıdır.
Mənbə: kayzen.az

Hiç yorum yok:

Yorum Gönder

Adbox

@templatesyard