Şah plovun hazırlanma qaydası

Plovların şahı olan Şah plovun hazırlanma qaydası

Plovun yaranma tarixçəsini Makedoniyalı İsgəndərlə bağlayırlar. Əslində isə bu yeməyin tarixi Makedoniyalı İsgəndərin dövründən də çox-çox əvvəllərə gedib çıxır.

Plov sözünə X əsr yazılarında rast gəlmək mümkündür. Düyü qədim bitki hesab olunduğu üçün plov da qədim yeməklərdən hesab edilir. Plov yeməyi, təxminən XV əsrdən indiyədək Şərqdə Süfrələrin Şahı adını daşıyır. Bu yemək ən qiymətli yeməklər sırasında olub. Şərq xalqları plovu toylarda, böyük bayramlarda, ən əziz qonaqlar gələndə süfrəyə qoyurlar. Dünya əhalisinin yarısından çoxu üçün düyü əsas qida məhsulu hesab olunur. Düyünün vətəni Asiyadır. Plov Orta Asiya xalqlarının milli yeməyi hesab olunur. Bu yeməyin tarixi bir neçə min illər əvvələ – Hindistana, Çinə və Hind-Çinə gedib çıxır. Orta Asiyada 2,5 min il bundan əvvəl düyüdən istifadə olunmuşdur.
Plovların şahı olan Şah plovun hazırlanma qaydası
Bu məqalədə Şah plovun hazırlanma qaydasını sizinlə bölüşmək istərdim.
Tərkibi:
  • Uzun düyü – 4 st
  • Bişmiş sümüksüz quzu əti – 1 kq
  • Təmizlənmiş şabalıd – 500 qr
  • Baş soğan – 3 ədəd
  • Əridilmiş kərə yağı – 4 x.q.
  • Qaysı – 10 ədəd
  • Kişmiş – 1 st
  • Albuxara – 10 ədəd
  • Sarıkök ya da zəfəran
  • Limon duzu
  • Duz
  • İstiot
  • 5-6 ədəd yuxa
Plovların şahı olan Şah plovun hazırlanma qaydası
Şah plovun hazırlanması qaydası
Əvvəlcə şabalıdın qabıqları təmizlənir. Təmizlənmiş şabalıd tavadada duz səpilib, yağ əlavə edilib qovrulur. Sonra doğranmış soğanı ayrı bir tavaya töküb, duz səpib, qızılı rəng olana qədər qovurmaq lazımdır. Qovrulmuş soğana 1/3 ç.q. sarıkök əlavə edib qarışdırın. Başqa bir tavada isə əvvəlcə suda bişmiş quzu ətinə yağ əlavə edib qovurmaq lazımdır. Qovrulmuş ətin üzərinə limon duzu, istiot səpilib qarışdırılır. Qovrulmuş soğan ilə ət də, qarışdırılır. Kişmiş, qaysı və alça turşusunu (albuxara) da başqa qabda yağ əlavə edib qovurun. Böyük qazanda su qoyun, suya duz tökün ( 5 lt qazana 2 x.q. duz əlavə edin). Su qaynayanda yuyulmuş düyü tökülüb bişirilir. Düyünü suya tökən kimi əzməmək şərtilə qarışdırmaq lazımdır ki, bir-birinə yapışmasın. Düyü tam bişməmiş o süzülür, üzərinə sarıkök ya da ki, dəmlənmiş zəfəran tökülür.
Plovların şahı olan Şah plovun hazırlanma qaydası
Daha sonra isə sobaya yerləşəcək bir qazan götürün. Onun içini yağlayın, sonra yuxaların da hər birini yağlayıb qazana yerləşdirin. Bişmiş düyüdən az miqdarda tökürük qazana və üzərinə şabalıd da əlavə edirik. Yenə düyü əlavə edirik, üzərinə əti töküb və qovrulan turşuları da əlavə edirik. Yenə düyü tökürük və qovrulmuş kişmişlə qaysını da əlavə edirik. Kişmişin üzərinə yenə düyü əlavə edib yağlayırıq, sonra başlayırıq yuxaları büküb düyünün üzərini bağlayırıq. Üzərinə bir qab qoyuruq ki, yuxalar açılmasın. Sonra əvvəlcədən 180-200 dərəcədə qızdırılmış sobaya dəm almağa qoyuruq. Bütün tərəfləri qızardıqdan sonra götürürük. 

Qeyd edək ki, bu plovu kiçik, bir nəfərlik qablarda da, bişirə bilərsiniz. Elə aşpazımız Cəfər usta kimi. Cəfər usta plovu restoranda hazırladığı üçün plovun içinə gedəcək ərzaqlar əvvəlcədən hazırlanıb soyuducuda saxlanılır ki, müştəri istəyən kimi tez bişirib, təqdim etsinlər. Süfrəyə verilən plov üstdən kəsilir və qaşıqla götürülür

Hiç yorum yok:

Yorum Gönder

Adbox

@templatesyard