Ana içeriğe atla

Müsahibədən keçmək üçün nə etmək lazımdır?























Aleksin CV-si çox gözəl idi. O universitetdə əlaçı olub, bir neçə texniki layihədə iştirak edərək mükafat alıb və ilk iki iş yerində konkret nəticələr əldə edib. Bütün bunlara baxmayaraq, Aleks ilk müsahibəsində işəgötürənlərdən “rədd” cavabını aldı. Xoşbəxtlikdən, Aleks bu qərarı dəstləkləməyən iş yoldaşından “rədd” cavabının səbəbini öyrəndi. Məlum oldu ki, müsahibəni aparan insanlar Aleksin bu vəzifədə maraqlı olmadığını gördülər. O, emosiyasız idi, layihələr çərçivəsində gördüyü işlər haqqında heç bir məlumat vermədi və ümumiyyətlə özünü çox sakit aparmışdır.

Aleks Hong-Kongda böyüyüb. O bilir ki, insanın yerinə onun nəticələri danışmalıdır. Lakin Aleksin potensial işəgötürəni Amerika şirkəti idi, amerikanların əksəriyyəti isə elə düşünür ki, güclü və maraqlı namizədlər öz nailiyyətləri haqqında danışmağı çox xoşlayırlar. Aleks bu haqda düşündü və maraqlı olduğunu göstərmək üçün nə etməli olduğunu müəyyən etməyə çalışdı.

Əlbəttə ki, təkcə həvəsli olmağınız kifayət etmir. Namizədlər bir çox digər kriteriyalara görə qiymətləndirilirlər. Növbəti müsahibənin daha uğurlu keçməsini istəyirsinizsə, sizin üçün vacib və maraqlı olanı müəyyən etməlisiniz.

  • “Niyə” dən başlayın. Adətən namizədlər CV-də və eləcə də müsahibədə gördüyü işlərdən danışırlar. İşəgötürənə gördüyünüz işlərdən bəhs etmək əvəzinə, nəyə görə məhz bu işi seçmisiniz deyə düşünün və fikirlərinizi onlarla bölüşün. Aleks tətbiqləri yazmağı çox xoşlayırdı, o elə hesab edirdi ki, texnologiyalar insanlara bərabər imkanlar verir. Aleks prestijli məktəblərin birində təhsil alıb. Uşağına bahalı dərslik və digər tədris materiallarını almaq üçün, Aleksin valideynləri çox şeyi qurban vermək məcburiyyətində qalıblar. Texnoloji nailiyyətlər hesabına bu xərclər bir xeyli az ola bilərdi. Aleksin proqramlaşdırma sahəsinə olan marağı da məhz bununla əlaqəli olmuşdur.
  • Əlavə vaxt xərcləməyə hazır olduğunuzu göstərin. Yaxşı namizəd ağıllı, zəhmətkeş və effektiv olmalıdır. Universitetin axırıncı kursunda Aleks kompüter stolunun altında gizlənərək, gecəyə qədər proqram yazırdı. Onun zəhməti yerdə qalmadı. Aleksin yazdığı proqramı universitetin sistem administratoru gördü və ondan kompüter otağının işini optimallaşdırmaq üçün istifadə etdi.
  • Hobbiniz haqqında məlumat verin. Aleks yaradıcılıqla məşğul olmağı çox sevirdi. O hər yerdə proqram yazırdı – həm dərsdə, həm evdə. Məsələn, bir dəfəsində Aleks pivə gətirən robot düzəltmişdir. Növbəti müsahibədə, o, asudə vaxtı yaratdığı robotun videosunu göstərdi. Bununla Aleks rekruterlərə öz peşəsinə qarşı olan bağlılığını nümayiş etdirmiş oldu.
  • Könüllü fəaliyyətinizdən danışın. Bəzən qazanc əldə etmək üçün yox, mənəvi dəyərlərdən və prinsiplərdən çıxış edərək işləyirik. Müsahibələrin birində Aleks kimsəsiz insanlar üçün nəzərdə tutulmuş sığınacağa kömək etməsindən danışdı. Onun otağı böyük deyildi, ona görə də yalnız yüz nəfərə şam yeməyi vermək mümkün olurdu. Sığınacağa gələnlərin hamısını yedizdirmək və müəyyən edilmiş vaxtda yatmasını təmin etmək çox çətin idi. Aleks başa düşdü ki, onun işini çətinləşdirən əsas amil yeməklərin yerlərini səhv salan əməkdaş idi. Onda Aleks xüsusi bir proqram yazdı, bu proqram insanların əyləşdiyi yerləri göstərirdi. Beləliklə, əməkdaşlar sifarişin kim tərəfindən gəldiyini asanlıqla müəyyən edə bildilər. Nəticədə, səhvlərin sayı azaldı, əməkdaşların işi isə bir qədər asanlaşdı.

Bu məsləhətlər sizə istədiyiniz işi əldə etməyə kömək edə bilər. Rəqib şirkətlərin birində proqramçı vəzifəsinə işə düzəlmiş Aleks, bir çox proqram yazdı və beş patent tərtib etdi.

Bəzən işəgötürənlər özünü çox tərifləyən namizədləri qeyri-laqeyd və enerji ilə dolu olan bir insan kimi nəzərdən keçirirlər. Bu səbəbdən sakit və emosiyasız insanlar çox vaxt “rədd” cavabını alırlar. Müsahibəni keçirənlərə kömək edin, danışdığınız sözlərin arxasında ciddi nailiyyətlərin durduğunu göstərin.

Yorumlar

Bu blogdaki popüler yayınlar

"Atlas" robotu gimnastik hərəkətlər etməyə başlayıb (VİDEO)

“Boston Dynamics” şirkəti insanabənzər “Atlas” robotunun qeyri-adi bacarıqlarını nümayiş etdirən yeni video dərc edib. Ağır görünən mexanizm artıq əksər insanların təkrarlaya bilmədiyi çətin gimnastik hərəkətləri yerinə yetirir.  

Yarım metrlik robot hoppanır, kəlləmayallaq gedir, fırlanır və əl üstə dayanır. Mexanizmin bu hərəkətləri yerinə yetirməsinə görə onun korpusunun müxtəlif hissələrinə quraşdırılan 28 hidravlik ötürücü və xüsusi proqram alqoritmləri məsuliyyət daşıyır.

Mütəxəssislərin sözlərinə görə, “Atlas” bir manevrdən digərinə sərbəst keçməni təmin edən və davranış modeli barədə əvvəlcədən məlumat verən kontrollerdən istifadə edərək hərəkəti izləyir.

Şirkətin məlumatına görə, yeni proqram təminatı verilən komandaların yerinə yetirilməsinin sürətləndirilməsini 80 faiz effektivliklə təmin edir.


Smart bilərzik

Bildiyimiz kimi hal-hazırda informasiya cəmiyyətində yaşayırıq və informasiya texnologiyaları, proqramlar, smart cihazlar artıq gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilmişdir. Bir çoxlarımız isə ailə üzvüləri və dostlarımızdan daha çox məhz bu texnologiyalarla zaman keçiririk. İnsanların bu cür smart cihazlara, informasiya texnologiyalarına və həmin  cihazlarda tətbiq edilən proqramlara olan tələbatının ödənilməsi üçün dünyanın tanınmış firmaları qızğın rəqabət içindədirlər. Bu cür smart cihazların son zamanlar yaranan və istifadəçilər arasında tez bir zamanda məşhurlaşan yeni bir növü də smart biləkliklərdir. Bu sahədə Apple, Sony, Samsung kimi tanınmış elektron cihaz istehsalçıları arasında rəqabət daha da artmaqdadır. Hər bir firma yeni inovasiyanı tətbiq edib bazarı tez bir zamanda tutmaq arzusandadır.    “Apple”nin yeni nəsil smart saatı Fitbit geyilə bilən cihazlar bazarında mübarizəyə qatılmaq ərəfəsində olan zaman gözlənilmədən yeni bir rəqiblə qarşılaşıb. Belə ki, “Cic…

Milyonlarla insan eyni şifrəni istifadə edir

Kanada Ontario Üniversitetində aparılan araşdırma nəticəsində şifrələrin sirri açıldı. 32 milyon insanı əhatə edən bu tətqiqatın nəticələri aşağıdakı kimi olmuşdur. Gizlilik üçün yaradılan şifrələr üzərində araşdırma aparan qurumlardan biri olan Kanada Ontario Üniversiteti tətqiqatçıları 32 milyon şifrəni incələyərək istifadəçilərin seçimlərini sıraladılar. Texnologiya dünyasında piratlıq və şəxsiyyət oğurluğuna qarşı mübarizə üçün vizual hesab şifrələrimizi tez-tez dəyişdirməyimiz istənilir. Bir çoxlarımız üçün daha bir yeni kəliməni yadda saxlamaq çətinləşir. Bir istifadəçinin xatırlamalı olduğu şifrə sayı ortalama 24 ədəddir. İstifadəçilərin yüzdə 43-ü birdən çox hesaba giriş etdiyi üçün eyni şifrəni istifadə edir. İstifadəçilərin yüzdə 34-ü isə xatırlanması asan olan şifrələrə üstünlük verirlər. Yüzdə 66-lıq bir bölüm kompüter tərəfindən təklif edilən qarışıq alqoritimləri seçir. Əslində bu seçdiyimiz şifrələr aşkarlanması asan olan bir quruluşa malikdir. Piratların sevdiyi şifrə…

Dünyanın texnologiya şəhərləri hansılardı?

Dünyanın ən texnoloji şəhərləri hansıdır? - Araşdırma

Alimlər, araşdırmaçılar, ekspertler hesab edir ki, 35 ildən sonra dünya əhalisinin üçdə ikisi şəhərlərdə yaşayacaq. Bir çox şəhərlər buna hazırlanmağa çalışarkən bəziləri sahibkarlıq ruhu və yerli dəstəklər sayəsində artıq önə keçib.
2thinknow adlı araşdırma şirkəti texnoloji yatırımlar, infrastruktur, ekosistem, patent sayı kimi bir çox kriteriyaları əsas götürərək dünyanın ən texnoloji şəhərlərinin siyahısını hazırlayıb.



1. Vaşinqton- ABŞ
Son 10 ildə texnologiya sahəsindəki məşğulluğu 50 faiz artırıb. Bu gün 1000-dən çox startap mərkəz ofislərini şəhərdə açıb. Texnologiya ilə bağlı rəqəmlər sürətlə artır.

2. Kopenhagen- Danimarka
Startap ekosistemi çox geniş olmasa da, ağıllı istehsal texnologiyaları və ağıllı şəhərciklər baxımından inkişaf etmiş şəhərdir. Kopenhagen 2025-ci ildə neftdən asılılığını tamamilə aradan qaldırmağı hədəfləyir.

3. Şenzen-Çin
Bir çox telekom və robot firması 11 milyonluq bu şəhəri mərkəz müəyyən edib. Şə…